Qazaxıstan millisinin yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, bu haqda Qazaxıstan Futbol Federasiyası məlumat yayıb.
Komanda niderlandlı mütəxəssis Con van Şipə tapşırılıb. Bildirilib ki, yaxında məşqçi ilə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Con van Şip karyerası ərzində "Ayaks", "Tvente", "Zvolle", "Qvadalaxara", "Melburn Siti" klublarında, həmçinin Yunanıstan və Ermənistan millilərində çalışıb. O, 2016-cı ildə "Melburn Siti" ilə Avstraliya Kubokunun qalibi olub.