"Neftçi"nin sabiq idman direktoru Yens Andersson "bt.se" saytına açıqlama verib. Sport24.az xəbər verir ki, İsveçdən olan 52 yaşlı funksioner bu gün ölkəsinin təmsilçisi "Elfsborq"la "Qarabağ" arasında keçiriləcək UEFA Avropa Liqası matçı haqqında danışıb:
"Məncə, "Qarabağ" ötən mövsüm daha yaxşı idi. Amma "Elfsborq"un bu görüşdə işi çətin olacaq".
Qeyd edək ki, "Elfsborq" – "Qarabağ" oyunu bu gün, saat 00:00-da start götürəcək.