"Çox xoşbəxtəm". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu İfeanyi Metyu deyib.
Yarımmüdafiəçi "Sabah"a qalib gəldikləri Misli Premyer Liqasınınn 32-ci turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Qələbə qazandığımız üçün çox sevinirəm. UEFA Konfrans Liqasında çıxış edəcəyik. "Neftçi"dəki ən vacib qolum bu günə təsadüf etdi".
Nigeriyalı oyunçu komanda yoldaşı Sessi DAlmeyda ilə arasındakı rəqabətə də toxunub:
"O, çox yaxşı futbolçudur, böyük hörmətim var. Fantastik oyunçudur. Komandada rəqabətin olması yaxşıdır. Biz bir ailəyik".
Qeyd edək ki, "Neftçi" "Sabah"ı 2:1 hesabı ilə məğlub edərək UEFA Konfrans Liqasına vəsiqəni rəsmiləşdirib. Komandanın ikinci qoluna İfeanyi Metyu imza atıb.