Albert Riera qarşılıqlı razılıq əsasında Frankfurt "Ayntraxt"ı ilə yolları ayırıb. Sport24.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

 

44 yaşlı ispan məşqçi bu ilin fevralında komandanın "sükanı arxasına" keçmişdi. Onun rəhbərliyi altında "Ayntraxt" 14 oyun keçirib, 4 qələbə, 5 məğlubiyyət və 5 heç-heçə qeydə alıb. Frankfurt təmsilçisi Bundesliqada səkkizinci yeri tutub.

 

Qeyd edək ki, Riera məşqçi karyerası ərzində "Selye", "Bordo" və "Olimpiya"nı da çalışdırıb.