"Mançester Siti"nin yarımmüdafiəçisi və kapitanı Bernardo Silva, FA Kuboku finalında "Çelsi" üzərində 1:0 hesablı qələbədən sonra baş məşqçi Xosep Qvardiolanın ona təsirindən danışıb. Sport24.az xəbər verir ki, "BBC"yə danışan portuqaliyalı ispan məşqçinin İngiltərə klubundakı gələcəyinə şərh vermək istəməyib:

 

"Qvardiola futbola baxışımı dəyişdi. Karyeramın 80 faizini onun rəhbərliyi altında keçirdim. İstədiyim hər şeyə məhz onunla nail oldum. Bütün eniş-yoxuşlara baxmayaraq, çox yaxşı münasibətlərimiz var. "Mançester Siti" mənə heç vaxt maraqsız deyil. Qvardiolanın klubdakı gələcəyi? Bu, onun qərarıdır. Bu barədə şərh verməməliyəm. Ona ən yaxşı arzularımı bildirirəm. Onun rəhbərliyi altında işləməkdən məmnunam və birlikdə bu qədər şeydən keçdiyimizə görə şadam".