"Qalatasaray" futbolçusu Mauro İkardinin müqaviləsini uzatmağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Tərəflər 1+1 illik anlaşmaya imza atacaq.


İkardi bu mövsüm Super Liqada 30 oyunda 14 qol vurub. 33 yaşlı hücumçunun müqaviləsi iyula kimidir.