"Neftçi" "Sabah"a qarşı keçirəcəyi Misli Premyer Liqasının 32-ci turunun oyunundan əvvəl problemlə üzləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar"ın aparıcı üzvü Breno Almeyda zədəlidir.

 

Oyunçunun start heyətində meydana çıxmayacağı gözlənilir.

 

Braziliyalı vinger yalnız sonradan şans verilsə, qarşılaşmada iştirak edəcək.

 

Qeyd edək ki, "Sabah" - "Neftçi" oyunu saat 18:00-da start götürəcək.