Millimizin hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi "Kolumbus Kru" MLS-də növbəti oyununa çıxıb. Sport24.az xəbər verir ki, komanda 14-cü tuda səfərdə "Filadelfiya" ilə qarşılaşıb.

 

Matç 1:1 hesabı ilə yekunlaşıb. Nəriman 90 dəqiqəni ehtiyat oyunçular skamyasında keçirib.

 

Qeyd edək ki, hazırda aktivində 13 xal olan "Kolumbus Kru" Şərq Konfransında 15 komanda arasında 13-cüdür.