Xabi Alonso "Çelsi"nin baş məşqçisi təyinatı ilə bağlı şərh verib. Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə klubun rəsmi saytına açıqlama verib:
"Çelsi dünya futbolunun ən böyük klublarından biridir və mən bu möhtəşəm klubun məşqçisi olduğum üçün son dərəcə qürur duyuram. Klubun sahibləri və idman rəhbərliyi ilə söhbətlərimdən aydın oldu ki, ortaq məqsədlərimiz var. Biz daim ən yüksək səviyyədə çıxış edə bilən və kuboklar uğrunda mübarizə apara bilən bir komanda qurmaq istəyirik.
Komanda istedadlı oyunçularla doludur və böyük potensiala malikdir. Ona rəhbərlik etmək mənim üçün böyük şərəf olacaq. İndi ən vacib şey çox çalışmaq, düzgün mədəniyyət formalaşdırmaq və kuboklar qazanmaqdır".
Qeyd edək ki, Alonsonun son işi yeri 2026-cı ilin yanvarında ayrıldığı "Real" olub. Bundan əvvəl isə Alonso Almaniya çempionluğunu, Almaniya Kubokunu və Almaniya Super Kubokunu qazandığı Leverkuzen "Bayer"ini çalışdırıb.