Misli Premyer Liqasının 32-ci turunun son oyun günündə daha bir qarşılaşma "Bank Respublika Arena"da keçiriləcək. Sport24.az xəbər verir ki, "Sabah" öz meydanında "Neftçi"ni qonaq edir.

 

Artıq "qızıl dubl" edən "bayquşlar"dan fərqli, "ağ-qaralar" hələ də avrokuboklara vəsiqəni təmin etməyib. Düzdür, "Zirə" ilə müqayisədə qonaqlar taıeyi öz əlindədir. Yuri Vernidubun komandası son iki turda bir qələbə qazansa, bu yay ölkəmizi Konfrans Liqasında təmsil edəcək. 

 

Qeyd edək ki, mövsümün son - 33-cü turuna mayın 22-də start veriləcək.

 

Misli Premyer Liqası

III dövrə, XXXII tur

18:00. "Sabah" - "Neftçi"

Hakimlər: Kamal Umudlu, Namik Hüseynov, Vüsal Məmmədov, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Masazır. "Bank Respublika Arena".