Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti turun bir sıra oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun çıxış etdiyi "Dinamo"(Berlin) evdə "Çemnitzer" ilə 2:2 hesablı heç-heçə edib.
Dadaşov 69-cu dəqiqədə, hesab 1:2 olarkən meydana daxil olub və 90+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasını məğlubiyyətdən xilas edib.
Hazırda Berlin təmsilçisi 40 xalla turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.