İngiltərənin "Mançester Siti"klubu Portuqaliya millisinin və PSJ klubunun 20 yaşlı yarımmüdafiəçi Joau Neveşi transfer etməkdə maraqlıdır. Sport24.az xəbər verir ki, PSJ yarımmüdafiəçini 100 milyon avrodan aşağı məbləğə buraxmaq niyyətində deyil.
Məlumata görə, İngiltərə klubu artıq futbolçunun vəziyyətini yaxından izləyir və mümkün transfer variantlarını nəzərdən keçirir. Paris təmsilçisi isə gənc portuqaliyalını komandanın vacib oyunçularından biri hesab edir.