Misli premyer-liqasının 32-ci turunda "İmişli" səfərdə "Qarabağ"a məğlub oldu - 0:3. Sport24.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların çalışdırıcısı Jorj Kaşkilya media önünə çıxıb.
- Azarkeşlərə təşəkkür edirəm. Uzun yol gəlib, bizə dəstək oldular. Təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik. Son oyunda əlimizdən gələni edəcəyik. İlk hissə bərabər səviyyədə keçdi, üstünlük rəqibdə olsa da, keyfiyyətli əks-hücumlar qurduq. 3-4 oyunçumuz zədəlidi. Buna baxmayaraq, ilk yarıda yaxşı müdafiə olunduq. İkinci hissədə qolu tez buraxdıq. Bu çətinlik yaratdı. Belə olacağını bilirdik. Qol vurmağa çalışsaq da, ikinci buraxılan qoldan sonra… Rəqib layiqli qələbə qazandı. Onları Avropa Liqasına vəsiqə münasibəti ilə təbrik edirəm. İkinci hissədə gənc yerli futbolçular oynadı. Bu onlar üçün vacibdi. Futbolçuların futbolun nəbzini hiss etməsi bizim üçün borcdu. İstəyimizə üç tur əvvəl nail olmuşuq. Oyunçularımı təbrik edirəm.
- Dioqo Almeyda üçün mövsüm bitib?
- Bəli.
- Taleyiniz necə olacaq?
- Mediada dolaşan xəbərlər düzgün deyil. Dəqiq olan odu ki, fikrim son tura qədər "İmişli"dədi.
- Andrey Sinenka hardadı?
- Məşqlərdə qoşulur, Bakıdadı.