Türkiyənin "Alanyaspor" klubu baş məşqçisi Joao Pereyra ilə müqaviləni uzadıb. Sport24.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislə anlaşmanın müddəti 2027-ci ilin yayına kimi artırılıb.
"Alanyaspor" Super Liqada sona bir tur qalmış 37 xalla 10-cu sıradadır.