"Sabah" Basketbol Klubu baş məşqçi Rimas Kurtinaytis ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə "bayquşlar"ın mətbuat xidməti məlumat yayıb.

 

"Sabah" onun rəhbərliyi altında ardıcıl üç dəfə ölkə çempionu olub. Azərbaycan basketbolunu beynəlxalq arenada uğurla təmsil edib.


Tərəflər qarşıdakı dövrdə məşqçinin kişilərdən ibarət basketbol üzrə Litva milli komandasındakı fəaliyyətinə daha çox diqqət ayırmaq istəyini nəzərə alaraq, əməkdaşlığın başa çatdırılması barədə qarşılıqlı razılığa gəliblər.