"Çelsi"nin müdafiəçisi Mark Kukurella bu yay İspaniyaya qayıdacaq. Sport24.az xəbər verir ki, belə iddia ilə X" sosial şəbəkəsində 900 min izləyicisi olan katalon jurnalist Jota Jordi çıxış edib.
Mənbənin sözlərinə görə, "Barselona" bazar ertəsi oyunçunun agentləri ilə danışıqlara başlayacaq. Jurnalist vurğulayıb ki, Kukurella 100 faiz Londonda qalmayacaq. Müdafiəçi karyerasını İspaniyada davam etdirəcək. "Barselona" ilə yanaşı, Madrid "Atletiko"su da onun xidmətində maraqlıdır.
Qeyd edək ki, Kukurella "Barselona"nın yetirməsidir. O, "Brayton"dan "Çelsi"yə keçməzdən əvvəl İspaniyada "Eybar" və "Xetafe"də də oynayıb.