"Bavariya"nın keçmiş oyunçusu Lotar Matteus, Münhen klubunun "Mançester Siti"nin müdafiəçisi Yoşko Gvardiolla maraqlandığını açıqlayıb. Sport24.az xəbər verir ki, veteran futbolçu bu barədə "Bayern & Germany" portalına açıqlama verib:

 

"Mənim nəzərimdə bir oyunçu var və eşitmişəm ki, "Bavariya" artıq onunla maraqlanır. Leypsiqdən olan keçmiş Bundesliqa oyunçusu, hazırda "Mançester Siti"nin formasını geyinir, sol cinah və mərkəz müdafiəçisi mövqeyində oynayır".

 

Qvardiol bu mövsüm bütün turnirlərdə 24 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. 24 yaşlı xorvatiyalı zədələr səbəbindən mövsümün bir hissəsini buraxıb.

 

Qeyd edək ki, Qvardiol "Mançester Siti"yə 2023-cü ildə "Leypsiq"dən keçib. "Transfermarkt"ın məlumatına görə, müqavilənin dəyəri 90 milyon avro idi. Müdafiəçinin hazırda isə dəyəri 70 milyon avrodur. Onun "Siti" ilə müqaviləsi 2028-ci ilə qədərdir.