"Liverpul"un paltardəyişmə otağı iki cəbhəyə bölünüb. Sport24.az "The Touchline" portalına istinadən xəbər verir ki, baş məşqçi Arne Slutun işindən narazı qalan futboçularla niderlandlı mütəxəssisin postunda qalmasını istəyən oyunçular arasında fikir ayrılığı yaşanır. 

 

Mənbənin sözlərinə görə, komandanın cari mövsümdə uğursuz çıxışı əksər futbolçuları narazı salıb. Rafael Benitesin rəhbərliyi altında "Liverpul" mövsümdə 19 dəfə məğlub olmuşdusa, Slotun dönəmində "qırmızlar" 20 matçda meydanı məyus tərk edib. Adları çəkilməsə də kollektivin bəzi üzvləri Slotun getməsini istəyir.

 

Qeyd olunur ki, Slut öz növbəsində komandanın rəğbətini qazana biləcəyinə əmindir. Bununla belə, "Liverpul"un bir neçə tanınmış oyunçusu niderlandlı məşqçidən narazıdır.