Bundesliqada mövsümün oyunçusu müəyyənləşib. Sport24.az xəbər verir ki, "Bavariya"nın oyunçusu Maykl Olise Almaniya çempionatının ən yaxşısı seçilib.
Ötən gün 34-cü tur çərçivəsində baş tutan "Bavariya" - "Köln" matçından sonra Oliseyə "ən yaxşı oyunçu" mükafatı təqdim edilib.
Qeyd edək ki, 24 yaşlı Olise 2025/26 mövsümündə Bundesliqada 32 oyun keçirib, 15 qol vurub və 21 məhsuldar ötürmə edib.