Almaniya ikinci Bundesliqasında mövsümün sonuncu – 34-cü turunun oyunları keçirilib. Sport24.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin formasını geydiyi "Kayzerslautern" səfərdə "Maqdeburq"la qarşılaşıb.

 

Mahirin komandası bu görüşdən qələbə ilə ayrılıb – 1:0. Mahir də bu görüşün iştirakçısı olub. Emreli 74-cü dəqiqədə meydana çıxıb, dərhal da sarı vərəqə ilə cəzalanıb.


Bu qələbə sayəsində xallarının sayını 52-yə çatdıran "Kayzerslautern" mövsümü 6-cı pillədə bitirib.