"Neftçi" Misli Premyer Liqasının 32-ci turunda "Sabah"a qalib gəlib (2:1). Sport24.az xəbər verir ki, bu qələbədən sonra turnir cədvəlində dördüncü pilləni təmin edən Yuri Vernidubun komandası UEFA Konfrans Liqasına vəsiqə qazanıb.
"Ağ-qaralar" mübarizəyə Konfrans Liqasının 1-ci təsnifat mərhələsindən start verəcək.
17 may
"Sabah" - "Neftçi" - 1:2
Qollar: Aleksey İsayev, 3 (1:0), Andrey Ştoqrin, 9 (1:1), İfeanyi Metyu, 70 (1:2)
Qırmızı vərəqə: Coy Lens Mikels, 84 ("Sabah")