Misli Premyer Liqasının XXXII turunun "Sabah" – "Neftçi" oyunundan (1:2) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas fikirlərini bölüşdü. Sport24.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları dedi:
– Kubokun qalibi olduq və bunu yaxşı qeyd etdik, emosiyalarımızı göstərdik, bu haldan sonra meydanda maksimumu etmək çətindir. Futbolçulara təşəkkür edirəm. "Neftçi" çempionatda yaxşı formadadır. Ehtiyat oyunçularımıza daha çox şans verdik. Onlar birlikdə çox oynasalar, fərqi olardı. "Neftçi" səhvimizdən qol vurdu, amma biz ələ düşən imkandan yararlana bilmədik. İndi çempionluğumuzu qeyd etmək istəyirik.