"Mançester Yunayted" İngiltərə Premyer Liqasını üçüncü pillədə başa vuracaq. Sport24.az xəbər verir ki, Maykl Kerrikin komandası 37-ci turda "Nottingem" üzərində 3:2 hesablı qələbə qazanıb.
Bunun sayəsində komanda son tur öncəsi dördüncü yerdə gedən "Aston Villa" ilə xal fərqini 6-ya çatdırıb. İkinci pillədə qərarlaşan "Mançester Siti" ilə fərq isə 9 xaldır.

 

Mançester Yunayted" 2023-cü ildən bəri ilk dəfə mövsümü üçüncü yerdə tamamlayacaq. Komanda sonuncu dəfə 2021-ci ildə bundan daha yüksək pillədə olub, son çempionluğunu isə 2013-cü ildə qazanıb.