Şəkidə 14 yaşadək oğlan voleybolçulardan ibarət qrup üçün təlim-məşq toplanışı başlayıb. Sport24.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə keçirilən hazırlıq prosesinin bu mərhələsi mayın 24-dək davam edəcək.

 

Toplanış mayın 4-də Bakı şəhərində, Abşeron Olimpiya İdman Kompleksində start götürüb. Hazırlıq prosesinə ölkənin müxtəlif bölgələrindən seçilmiş 20-yə yaxın yeniyetmə voleybolçu cəlb olunub.

 

Məşqlərə yeniyetmə və gənc oğlanlardan ibarət milli komandanın baş məşqçisi Cahangir Seyed Abbasi rəhbərlik edir. Hazırlıq xüsusi proqram əsasında təşkil olunur.

 

Təlim-məşq prosesi zamanı idmançıların fiziki hazırlığı ilə yanaşı, texniki və taktiki bacarıqlarının inkişafına da xüsusi diqqət yetirilir. Eyni zamanda komanda oyununun formalaşdırılması və oyun intizamının gücləndirilməsi istiqamətində məşqlər aparılır.

 

Toplanışın əsas məqsədi perspektivli voleybolçuların müəyyənləşdirilməsi, onların inkişafına dəstək göstərilməsi və gələcəkdə müxtəlif yaş qrupları üzrə milli komandaların heyətinə hazırlanmasıdır.


Hazırlıq prosesi ərzində fərqlənən idmançıların milli komandalara cəlb olunması nəzərdə tutulur.