Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli Avropa Voleybol Konfederasiyasının (CEV) Maliyyə Komissiyasının iclasında iştirak edib. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Tədbir Lüksemburqda baş tutub.
CEV-in baş ofisində təşkil olunan toplantıya qurumun İcraçı direktoru Vuk Karanoviç, Maliyyə Komissiyasının rəhbəri Guy Juvet, komissiya üzvləri və CEV-in maliyyə departamentinin əməkdaşları da qatılıblar.
İclasda CEV-in cari il üzrə fəaliyyət planı, maliyyə siyasətinin əsas istiqamətləri, eləcə də beynəlxalq turnir və yarışların maliyyələşdirilməsi ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə olunub. Xüsusilə, yarışların təşkilinə ayrılan büdcə, xərclərin optimallaşdırılması və maliyyə resurslarının səmərəli idarə olunması kimi vacib mövzular gündəlikdə yer alıb.