Dünən keçirilən Çempionlar Liqasının yarımfinal oyununda "Bavariya" PSJ ilə 1:1 hesablı heç-heçə edib. İlk matçda 4:5 hesabı ilə uduzan Münhen təmsilçisi ümumi hesabda (5:6) geri qalaraq turnirlə turnirlə vidalaşıb. Sport24.az xəbər verir ki, matçdan sonra təşkil olunan mətbuat konfransında "Bavariya"nın baş məşqçisi Vinsent Kompani oyunun baş hakimi Joao Pinheyro idarəçiliyini sərt şəkildə tənqid edib.
Belçikalı mütəxəssis xüsusilə 29-cu dəqiqədə baş verən epizoda diqqət çəkib. O, rəqib müdafiəçi Nuno Mendesin ikinci sarı vərəqə ilə meydandan qovulmalı olduğunu bildirib:
"Bu, mənim üçün açıq-aşkar ikinci sarı və qırmızı vərəqə idi. Hakimin bu qərarı matçın taleyinə birbaşa təsir göstərdi. Belə səviyyəli oyunda bu cür səhv yolverilməzdir".
Kompani hakimin digər qərarlarından da narazı qalıb. O, Konrad Laymerin əllə oynaması iddiası ilə bağlı bunları deyib:
"Təkrarları üç dəfə izlədim. Laymerin topa əllə toxunduğunu göstərən bir görüntü belə yoxdur. O, topu bədəni ilə qəbul etmişdi".
Kompani rəqibin gücünü də etiraf etməyi unutmayıb:
"PSJ-nin oyununu əsla kiçiltmək istəmirəm. Onlar çox güclü komandadır. Sadəcə, bu görüşdə verilən qərarlarla bağlı fikirlərimiz fərqlidir və bu müzakirələr hələ uzun müddət davam edəcək".
Qeyd edək ki, iki oyunun nəticəsinə görə 5:6 hesabı ilə uduzan "Bavariya" mövsümün əsas hədəflərindən biri olan Çempionlar Liqası ilə vidalaşmalı olub.