Fransa millisinin və "Arsenal"ın əfsanəvi hücumçusu Tyeri Anri Çempionlar Liqasının yarımfinalında "Bavariya"nı keçərək finala yüksələn PSJ-nin cinah oyunçuları Xviça Kvaratsxeliya və Usman Dembelenin performansını yüksək qiymətləndirib. Sport24.az xəbər verir ki, Anri "CBS Sports"a açıqlamasında bu ikilinin istənilən müdafiə xətti üçün böyük təhlükə yaratdığını bildirib:

"Fərqli xüsusiyyətlərə malik iki cinah oyunçunuz olanda bu, hər bir müdafiə üçün kabusa çevrilir. "Bavariya" ilə oyunda bunu dərhal gördük. Kvaratsxeliya topu qazandı, sürətlə irəlilədi və Dembelenin qol vurması üçün ideal ötürmə etdi. Erkən qol matçın atmosferini kökündən dəyişdi".

Anri futbolçuların meydandakı anlaşmasından da söz açıb:

"Cinahlardakı sürət, birinin müdafiəçini üzərinə çəkməsi və digərinin boşluqdan istifadə etməsi komandaya böyük üstünlük verir".