Bu gün UEFA Avropa Liqasında finalçılar bəlli olacaq. Sport24.az xəbər verir ki, bu axşam keçiriləcək cavab qarşılaşmalarından sonra mayın 20-də İstanbulda keçiriləcək final matçına vəsiqə qazanan komandalar müəyyənləşəcək.

 

"Frayburq" ilk görüşdə səfərdə 1:2 hesabı ilə məğlub olduğu Portuqaliya "Braqa"sını qonaq edəcək.  Digər oyunda iki ingilis klubu qarşılaşacaq. "Nottingem Forest" ilk matçda minimal hesablı yendiyi "Aston Villa" ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.