Hazırda icarə əsasında "Monako"nun formasını geyinən Ansu Fati karyerasını Fransa klubunda davam etdirəcək. Sport24.az insayder Nikolo Skiraya istinadən xəbər verir ki, "Knyazlıq klubu" Kataloniya klubu ilə razılığa gəlib və futbolçunu birdəfəlik transfer edəcək.

 

Mənbənin sözlərinə görə, danışıqlar artıq yekunlaşmaq üzrədir. "Monako" 23 yaşlı futbolçu üçün 11 milyon avro ödəyəcək, "Barselona" isə sonrakı satışdan müəyyən faiz alacaq.

 

Qeyd edək ki, Fati bu mövsüm 28 oyunda iştirak edib və 11 qol vurub.