PSJ-nin vingeri Xviça Kvaratsxeliya Çempionlar Liqasının tarixində pley-off mərhələsinin ardıcıl 7 matçında məhsuldar oyunla yadda qalan ilk futbolçu olub. Sport24.az xəbər verir ki, bu barədə "Opta" statistik portalı məlumat yayıb.

 

Gürcü oyunçu "Bavariya"ya qarşı ilə dünən keçirilən görüşdə Usman Dembeleyə məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, 25 yaşlı Xviça Çempionlar Liqasının cari mövsümündə artıq 10 qol vurub və 6 məhsuldar ötürmə edib.