Ötən gecə Çempionlar Liqasının yarımfinalının ikinci oyununda "Bavariya" evdə PSJ ilə 1-1 heç-heçə edərək turnirdə mübarizəni dayandırdı (ilk oyun 4-5). Sport24.az xəbər verir ki, Münhen klubunun yeganə qolunun müəllifi Harri Keyn üçün bu matç əlamətdar olub. 

 

İngilis hücumçu cari mövsümdə (klub və milli komanda) 60-cı dəfə rəqib qapısına yol tapıb. Bunula da o, "böyük beşlik"də bu uğura imza atan dördüncü oyunçu kimi tarixə düşüb.

 

Əvvəllər bu göstəriciyə Lionel Messi, Kriştiano Ronaldo və Luis Suares çatmışdı.

 

Qeyd edək ki, Messi mövsümdə 82, Ronaldo 69, Suares isə 60 qol vurub.