UEFA Çempionlar Liqasında "həftənin oyunçusu" mükafatına namizədlər açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

 

Mükafatı qazanmağa iki namizəddən biri "Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays, digəri isə PSJ-nin müdafiəçisi Villian Paçodur. 

 

Paço "Bavariya" ilə (1-1) cavab oyununda müdafiədə parlaq oyun göstərib. Rays isə Madrid "Atletiko"su ilə (1-0) görüşdə matçda əla oynayıb və liderlik keyfiyyətlərini nümayiş etdirib (UEFA mütəxəssisləri).