"Bavariya"nın qapıçısı Manuel Noyer daha bir mövsüm klubda qalacaq və tezliklə yeni müqavilə imzalayacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, danışıqlar artıq yekunlaşmaq üzrədir. Münhen klubu artıq qapıçılarını təklif edən agentlərə Noyerin daha bir mövsüm klubda qalacağını bildirib.
Qeyd edək ki, 40 yaşlı alman qoliperin klubla hazırkı müqaviləsi iyunda başa çatır. O, bu mövsüm o, bütün turnirlərdə 36 oyun keçirib, 39 qol buraxıb və 11 dəfə qapısını toxunulmaz saxlayıb.