UEFA Çempionlar Liqasının cari mövsümünün həlledici oyununda bir ilk yaşanacaq. Sport24.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

 

Turnirin tarixində ilk dəfə finalda iki ispan mütəxəssisin çalışdırdığı komandalar üz-üzə gələcək. Luis Enrikenin baş məşqçisi olduğu PSJ, Mikel Artetanın "sükanı arxasında" olduğu "Arsenal" ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, bu final parislilərin baş məşqçisi Luis Enrikenin karyerasında üçüncü, Arteta üçün isə ilk olacaq.