Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı bəlli olub. Sport24.az xəbər verir ki, "Bavariya" PSJ-ni qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə bitib. İlk matçda qazandığı qələbə ilə finala PSJ yüksəlib.
Qeyd edək ki, Paris təmsilçisi finalda "Arsenal"la qarşılaşacaq. Matç mayın 30-u saat 20:00-da Budapeştdə baş tutacaq.
UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, cavab oyunu
6 may
23:00 "Bavariya" - PSJ 1:1
Qollar: H.Keyn, 90+4, - O.Dembele,3
İlk oyun 4:5