"Yuventus"un müdafiəçisi Federiko Qatti "Everton", "Fulhem", "Aston Villa" və "Kristal Pelas" klublarının maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.

 

Turin klubu 27 yaşlı mərkəz müdafiəçisi üçün 20-25 milyon avro istəyir.

 

Qeyd edək ki, Qattinin "Yuventus"la müqaviləsi 2030-cu ilin yayına qədərdir. O, bu mövsüm bütün turnirlərdə 25 oyunda iştirak edib və 4 qol vurub. Müdafiəçi Luçano Spalletti "sükan arxasına" keçəndən sonra əsas heyətdə yerini itirib.