Avropanın bəzi assosiasiyaları hazırkı FİFA prezidenti Canni İnfantinonun yerinə alternativ namizəd axtarır. Sport24.az "Mail" nəşrinə istinadən xəbər verir ki, belə bir namizəd Rusiyaya qarşı daha sərt mövqe tutmalı və Avropa blokuna daha yaxın olmalıdır.

 

Mənbənin sözlərinə görə, hələlik İnfantinonun şansları yüksək hesab olunur. Canni Afrika, Cənubi Amerika, Asiya və KONKAKAF-ın əhəmiyyətli bir hissəsində güclü dəstəyi qoruyub saxlayır. FİFA üçün bu, böyük bir seçki resursudur.

 

Qeyd edək ki, FİFA-nın növbəti prezident seçkiləri 2027-ci ildə Mərakeşdə keçiriləcək.