Azərbaycanlı döyüşçü Fərman Həsənov UFC ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə "MMA Azərbaycan" məlumat yayıb. Həsənov iyunda Bakıda keçiriləcək UFC turnirində debüt edəcəyi gözlənilir.
Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksiyalı Manuel Torreslə üz-üzə gələcək.