Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsi yekunlaşır. Sport24.az xəbər verir ki, bu görüşlərdən sonra həlledici oyuna vəsiqə qazanan  komandalar adları məlum olacaq. 

 

"Strasburq" "doğma divalar" arasında "Rayo Valyekano" ilə üz-üzə gələcək. Tərəflər arasında baş tutan ilk görüş İspaniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Şaxtyor" isə İngiltərədə "Kristal Pelas"ın qonağı olacaq. İlk matçda ingilislər Arda Turanın çalışdırdığı komandanı 3:1 hesabı ilə məğlub edib.

 

Hər iki oyunun start fiti saat 23:00-da səslənəcək. 

 

Qeyd edək ki, final matçı mayın 27-də Almaniyanın Leyptsiq şəhərində təşkil olunacaq.