2-ci Liqada cari mövsümün sonuncu – 27-ci turuna start verilib. Sport24.az xəbər verir ki, bu gün 2 oyun baş tutub.
"Kür-Araz" "Araz Saatlı"ya, "Göygöl" "Ağdaş"a, "Ağstafa Gəncləri" isə "Şəki Siti"yə qalib gəlib.
Turun qalan oyunları sabah keçiriləcək.
2-ci Liqa
27-ci tur
17 may
"Kür-Araz" – "Araz Saatlı" 3:0
Qollar: Elnur Məmmədov, 50. Bayram Əliyev, 53. Ümid Nağdalıyev, 79.
"Göygöl" – "Ağdaş" 2:0
Qollar: Taleh Hüseynzadə, 36. Sənan Kərimov, 90+4.
"Ağstafa Gəncləri" – "Şəki" 3:1
Qollar: Eltac Hüseynov, 5. Əli Bağırov, 12. Hüseyn Alıyev, 15 – Saleh Süleymanov, 10.