"Barselona" İspaniya çempionatının tarixində yeni rekorda imza atıblar. Sport24.az xəbər verir ki, bu barədə "Squawka" portalı məlumat yayıb.
La Liqanın 37-ci turunda Kataloniya təmsilçisi evdə "Betis"i 3-1 hesabı ilə məğlub etməklə mövsümün 19 ev oyununun hamısından qalib ayrılıb.
Mənbənin sözlərinə görə, 20 komandalı, 38 turluq formatda (1997/98 mövsümündən bəri) La Liqa tarixində ilk belə hadisədir.