Almaniyanın "Elversberg" klubu 2-ci Bundesliqanın 34-cü turunda "Proyssen"i 3-0 hesabı ilə məğlub etdi. Sport24.az xəbər verir ki, bu qələbə sayəsində "Elversberg" turnir cədvəlində ikinci yerdən 1-ci Bundesliqaya yüksəlib.
"Elversberg" ev oyunlarını 13.000 əhalisi olan bir qəsəbədə 10.000 nəfərlik stadionda keçirməsi ilə diqqət çəkir.
Qeyd edək ki, 2022-ci ildə "Elversberg" dördüncü divizionda oynayıb. 119 illik tarixə malik komanda 2026/27 mövsümündə ilk dəfə olaraq yüksək divizionda çıxış edəcək.