"Santos"un hücumçusu Neymar Brazliya millisinin heyətində DÇ-2026-ya yollanmaq perspektivindən danışıb. Ulduz futbolçu bu barədə "Globo"ya açıqlama verib:

 

"Ançelotti baş məşqçidir və mənim komandada yer almağa layiq olub-olmadığıma o qərar verəcək. Həmişə demişəm: dünya çempionatında oynamaq mənim əsas məqsədimdir. Bunun üçün çox çalışmışam. Heyətə düşməsəm belə, yenə də azarkeş kimi Braziliyanı dəstəkləyəcəyəm".

 

Neymar Braziliya millisində vurduğu qollara görə rekordçudur. Onun aktivində 79 qol var. Daha əvvəl bildirilmişdi ki, 34 yaşlı futbolçu 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək turnir üçün namizədlərin genişləndirilmiş siyahısına əlavə edilib.