"Mançester Yunayted" sol cinah müdafiəçisi Tayrella Malasia ilə yolları ayırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqaviləsinin müddəti bitdiyinə görə, 26 yaşlı niderlandlı futbolçu İngiltərə klubunu tərk edib.
Qeyd edək ki, Malasia 2022-ci ildən "Mançester Yunayted"də çıxış edir. O, "qırmızı şeytanlar"ın əsas komandasında 49 oyunda meydana çıxıb.