Fransa çempionatının bombardiri müəyyənləşib. Sport24.az xəbər verir ki, "Renn"in hücumçusu Esteban Lepol 2025/26 mövsümü üçün Liqa 1-də ən çox qol vuran oyunçu olub.
O, "Renn"ə keçməzdən əvvəl "Anje" də daxil olmaqla 21 qol vurub.
İkinci yeri hər biri 16 qol vuran Xoakin Paniçelli (Strasburq) və Meyson Qrinvud (Marsel) bölüşürlər.
Qeyd edək ki, ölkə çempionu olan PSJ-nin ən sərrast futbolçusu 11 qolla Bredli Barkola olub. O, bombardirlər siyahısında 8-ci pillədə qərarlaşıb. "Qızıl top"un sahibi Usman Dembele 10 qol vurub.