Azərbaycan Kubokunun 1/4 final mərhələsinə Bakıda yekun vurulacaq. Sport24.az xəbər verir ki, ilk görüşdə öz meydanında "Neftçi"yə məğlub olan "Sumqayıt" "Neftçi Arena"ya revanş arzusu ilə çıxacaq. 

 

Premyer Liqada üst pillələrdə qərarlaşan komandalar son 10 gündə 3-cü dəfə üz-üzə gələcək. Kubokda yenilən "kimyaçılar" 3 gün sonra çempionat matçında "ağ-qaralar"ı məyus etməyi bacarmışdı.

 

Qeyd edək ki, bu cütün qalibi yarımfinalda "Qarabağ"ın rəqibi olacaq.

 

Azərbaycan Kuboku

1/4 final mərhələsi, cavab qarşılaşması

19:00. "Neftçi" - "Sumqayıt" 1:1 (2-ci hissə)

Qollar: F.Ozobiç, 27 - R.Kehat, 40 

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı. "Neftçi Arena"

"Neftçi": 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 20. Alfa Konte, 77. Yeqor Boqomolski

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 11. Kilan Lebon, 88. Brayan Moreno

Baş məşqçi: Miodraq Bojoviç

"Sumqayıt": 1. Mehdi Cənnətov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev (k), 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Aliev, 71. Masaki Murata, 60. Tresor Mossi

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 14. Elvin Bədəlov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 9. Erik Sorqa

Baş məşqçi: Samir Abasov