"Neftçi" klubu kapitanı Emin Mahmudova yeni müqavilə təklif edib. Sport24.az xəbər verir ki, bu barədə "Neftçi TV" məlumat yayıb.

Bildirilib ki, klub tərəfindən 31 yaşlı yarımmüdafiəçi ilə şifahi şəkildə yeni müqavilə təklif edilib. Yaxın günlərdə isə tərəflər rəsmi müqavilə üçün danışıqlar masasına oturacaqlar. Bundan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, mövsüm sonunda "Neftçi" ilə müqavilə müddəti başa çatacaq Mahmudovun xidmətində bir neçə klub maraqlıdır.