Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Millətlər Liqası çərçivəsində dekabrın 1-də Kipr və 5-də Farer adaları komandasına qarşı keçirəcək oyunların məkanı və başlama vaxtı məlum olub. 

Sport24.az xəbər verir ki, Kipr yığması ilə oyun Bakı vaxtı ilə saat 21:00-da Limassolda “Limassol” stadionunda keçiriləcək.

Millimiz qrup mübarizəsində son turda Farer adaları ilə qarşılaşması isə saat 19:00-da “Dalğa Arena”da baş tutacaq.