“Legiya” bu mövsüm iki cəbhədə mübarizə aparmağa hazır deyildi. Onlara çətin anlarda komandanı dartıb çəkən oyunçu qrupu lazımdır”. Sport24.az xəbər verir ki, bunu “Legiya”nın keçmiş prezidenti Boquslav Lesnodorski komandasının hazırkı durumu barədə danışarkən deyib.

Polşa mətbuatına müsahibə verən 47 yaşlı funksioner müqaviləni ləğv etmək niyyətində olan Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yoxluğunu da dəyərləndirib. O, bunu Varşava təmsilçisi üçün ciddi itki saymır: “Onu komandanın xilaskarı saymazdım. Mən problemi başqa mövqelərdə görürəm. Müdafiəçi Filip Mladenoviç formada deyil, oyun tempi bir az aşağıdır. Şəxsən mən ilk olaraq bu problemləri yoluna qoyardım”.

Qeyd edək ki, Boquslav Lesnodorski 2012-2017-ci illərdə “Legiya”nın prezidenti olub (apasport.az).