"Kəpəz" klubunda daha bir problem yaşanıb. Sport24.az bu barədə Gəncə təmsilçisindəki mənbədən məlumat əldə edib.

Belə ki, bölgə klubunun akademiyasında çalışan məşqçilər təxminən iki aya yaxındır maaş ala bilmir. Mütəxəssislərin yeni mövsümə hazırlıq prosesində çalışmalarına baxmayaraq, əməkhaqlarının gecikməsi narazılıq yaradıb.

Bununla yanaşı, akademiyanın bəzi məşqçiləri ilə müqavilələr də yenilənməyib. Mütəxəssislər klubdakı gələcək talelərinin və əmək müqavilələri ilə bağlı məsələlərin qısa zamanda aydınlaşdırılmasını gözləyirlər.

Beləliklə, "Kəpəz"də əsas komanda ilə yanaşı, akademiya daxilində də həllini gözləyən məsələlərin olduğu üzə çıxıb.

Qeyd edək ki, "Kəpəz" iyulun 3-də Anar Allahverdiyevin sədr seçildiyini açıqlayıb.